Dünya ictimaiyyəti, istisnasız olaraq bütün dövlətlər Qarabağı Azərbaycanın bir hissəsi hesab edir.

"Sputnik Armenia" xəbər verir ki bunu Ermənistan Baş naziri Nikol Paşinyan "Vətəndaş Müqaviləsi" partiyasının qurultayında deyib.

O, Qarabağ məsələsinin həlli ilə bağlı bir neçə təklifin olduğunu deyib.

“Birinci təklifdə Qarabağ məsələsinə toxunmadan Ermənistan-Azərbaycan münasibətlərinin tənzimlənməsi və hazırkı status-kvonun saxlanılması yer alıb”, - Paşinyan deyib.

O digər yanaşmanın da olduğunu söyləyib.

“Başqa bir yanaşma ondan ibarətdir ki, - Qarabağ məsələsini həll edək. Amma belə olan halda sual yaranır ki, bu tərəflərdən hansı onu Azərbaycanın bir hissəsi hesab edir, hansı hesab etmir. Amma dünya ictimaiyyəti, istisnasız olaraq bütün dövlətlər Qarabağı Azərbaycanın bir hissəsi hesab edir”, - deyə Paşinyan əlavə edib.

"Qərb ölkələrinin Qarabağ məsələsinin həlli ilə bağlı təklifləri Ermənistan üçün qəbuledilməz deyil".

"Sputnik Armenia" xəbər verir ki bunu Ermənistan Baş naziri Nikol Paşinyan "Vətəndaş Müqaviləsi" partiyasının qurultayında deyib.

Baş nazir bir neçə təklifin olduğunu qeyd edib.

Sülhün bərqərar olmasına gəlincə, Ermənistan hökumət başçısı qeyd edib ki, əvvəlcə hansı fövqəldövlətlərin bu sazişlərin həyata keçirilməsinə zəmanət verdiyini və sülhün bərqərar olmasına kömək etdiyini başa düşmək vacibdir.

Paşinyan: KTMT mövcud deyil

"2021-ci ilin yanvar razılaşmasının vacib müddəalarından biri Ermənistan sərhədlərinin müttəfiqlərimiz üçün “qırmızı xətt” olması idi".

Bunu Ermənistan Baş naziri Nikol Paşinyan "Vətəndaş Müqaviləsi" partiyasının qurultayında deyib.

Ermənistan Baş naziri Azərbaycanın 2021-ci il mayın 12-də Sotk-Xoznavar istiqamətində sərhədi "pozduğunu" iddia edib. O əlavə edib ki, həmin vaxt Ermənistan tərəfi “qırmızı xətt”in "pozulduğunu" və mexanizmlərin işə salınmalı olduğunun vacibliyini bildirib. "Onlar bizə dedilər ki, "amma deyəsən (Azərbaycanla) sərhəd demarkasiya olunmayıb”. “Sərhədin haradan keçdiyini bilmirik” demək KTMT-nin mövcud olmaması deməkdir, çünki KTMT-nin məsuliyyəti var və bu, üzv dövlətlərin sərhədlərini əhatə edir. Əgər (üzv) dövlətlərdən birinin sərhədi yoxdursa, bu, o deməkdir ki, KTMT-nin məsuliyyət zonası yoxdur. Bu, o deməkdir ki, KTMT təşkilatı yoxdur. Bizim mövqeyimiz ondan ibarətdir ki, sərhəd var", - Paşinyan vurğulayıb.

O qeyd edib ki, KTMT, eləcə də ikitərəfli formatda təhlükəsizlik öhdəlikləri olan Rusiya Federasiyası üçün bu öhdəliklərin “zəngi” çalınıb.

.