
Ermənistanın Baş naziri Nikol Paşinyan Brüsseldən Parisə yollanıb.
Bu barədə Ermənistan KİV-i məlumat yayıb.
Bu gün o, daha əvvəl növbəti dəfə İrəvana dövlət səfərinə dəvət etdiyi Fransa Prezidenti Emmanuel Makronla görüşəcək.
Qeyd edək ki, N.Paşinyan bu gün Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ilə görüş keçirib.
.