BRICS sammitində iştirak Ermənistan üçün vacibdir, çünki onun gündəliyi birbaşa İrəvana toxunur.

Yenizaman Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan parlamentdə hökumət saatı zamanı deyib.

O, müxtəlif platformalarda iştirakı və orada Ermənistanın mövqeyini təqdim etməyi, həmçinin digər ölkələrin mövqeyi ilə tanış olmağı vacib hesab edir, xüsusilə də BRICS-in hazırkı sammiti Qlobal Cənubun problemlərinə toxunur.

N.Paşinyan, digər vacib səbəb kimi Rusiya Prezidenti Vladimir Putinin şəxsi dəvətini göstərib: "Mən bu dəvəti qəbul etdim. Düşünürəm ki, orada iştirak Ermənistan üçün vacibdir".

Baş nazir hesab edir ki, müxtəlif formatlarda iştirak müasir dünyada düzgün istiqamətlənməyə imkan verir.

Məlumata görə, N.Paşinyan “BRICS+” formatında iştirak etmək üçün sabah Kazana yola düşəcək.

.