Ermənistanın Baş naziri Nikol Paşinyan 14–15 avqustda Qırğızıstanda keçiriləcək Avrasiya İqtisadi İttifaqı (Aİİ) ölkələrinin Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak etməyəcək.

Bu barədə Baş nazirin mətbuat katibi Nazeli Baqdasaryan bildirib.

O qeyd edib ki, Paşinyanın Şuranın iclasında iştirak etməməsinin səbəbi məzuniyyətdə olmasıdır.

Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryan Qırğızıstanın Çolpon-Ata şəhərində keçiriləcək Avrasiya Hökumətlərarası Şurasının iclasında iştirak edəcək.

.