Ermənistanın Baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makronu yenidən Ermənistana dəvət edib, bu, üç il ərzində 6-cı dəvətdir.

"Report"un erməni KİV-ə istinadən verdiyi məlumata görə, bu barədə Paşinyanın Fransanın milli bayramı olan Bastiliyanın alınması Günü münasibətilə göndərdiyi məktubda deyilir.

"Bu il sizi Ermənistanda dövlət səfəri ilə qəbul etmək imkanını böyük ümidlə gözləyirəm", - məktubda qeyd olunub.

.