Azərbaycan hakimiyəti ölkədə baş qaldıran bahalaşmanın millət vəkillərinin cib xərclərinə təsir etdiyini nəzərə alaraq "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna dəyişiklik edilməsi məsələsinə əl gəzdirmək qərarına gəlib. Belə ki, bu dəyişikliklərə əsasən, parlament sədrinin 2250 manat (indiyədək 1950 manat olub), sədrin I müavininin 2025 manat (indiyədək 1755 manat olub), sədrinin müavininin 1912,5 manat (indiyədək 1650 manat), komitə sədrilərinin 1800 manat (indiyədək 1560 manat olub), sıravi deputatların isə 1575 manat (indiyədək 1365 manat olub) maaş alacağı bildirilir. Həmin layihənin MM-in dekabrın 17-də keçiriləcək iclasında müzakirə olunacağı və yeni maaş artımının 2013-cü il dekabrın 1-dən hesablanacağı vurğulanır.
Bununla bağlı Yeni Zaman partiyasının sədri Musa Ağayev "Novoye-Vremya.com”a deputataların maaş artımına münasibət bildirib: "Açığını sizə deyim ki, burada təəcüblü bir şey görmürəm. Ona görə ki, Azərbaycanda saxta seçkilər nəticəsində formalaşan parlament və onun deputatları belə də etməli idilər. Yəni onların özünün şəxsi maraqları, bir də onları deputat təyin edən hakimiyyətin maraqları üstündür. Təəcüblü onda olardı ki, həqiqətən də xalqın səsin almış millət vəkilləri, təmsil etdiyi seçicilərin marağını yox özlərinin maraqlarını önə çəkərdi. Yalnız Azərbaycan xalqının seçdiyi hakimiyyət və parlament xalqın iradəsini əks etdirə bilər və xalqın qayğısın qala bilər. Ümumiyyətlə bu deputatların hansı xidmətlərə görə yüksək maaş almalarını mən anlaya bilmirəm. Bu deputatlar Prezident Administrasiyasının hazırladığı qanun lahiyələrinə səs verməklə məşğuldurlar. Onsuzda səlahiyyətsiz Milli Məclisə büdcədən bu qədər pul ayrılmasının nə mənası var. Bu bir daha göstərir ki, xalqın səsini oğurlamaq, saxtalaşdırmaq sonda xalqa həddət artıq baha başa gəlir. Hesab edirəm ki, hakimiyyətə gələcək partiyalar saxta yolla deputat seçilmiş şəxslərin, yüksək təqaüd almaları məsələsinə baxacaq. Onu da qeyd etmək istəyirəm ki, gez-tez getdikcə vəziyyəti ağırlaşan xalq öz sözün deyəcək”.
.