Parlamentdə Ombudsmanın və Medianın İnkişaf Agentliyinin iştirakı ilə dinləmə keçiriləcək.

Bu, parlamentin İnsan hüquqları komitəsinin 2023-cü il yaz sessiyası üçün İş Planına daxil edilib.

Qeyd edilib ki, sessiya müddətində Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin və Aparatı, həmçinin Medianın İnkişaf Agentliyinin iştirakı ilə ölkədə medianın (o cümlədən sosial şəbəkələrin) mövcud durumu və yeni inkişaf strategiyası ilə bağlı müzakirə və dinləmələrin təşkili, diffamasiya ilə bağlı məsələlərin müzakirəsi həyata keçiriləcək.

Eyni zamanda, komitə tərəfindən diffamasiya haqda qanunvericilik və beynəlxalq təcrübə ilə bağlı dinləmələrin keçirilməsi də nəzərdə tutulub.

.