ReAL Partiyasının Mərkəzi Seçki Komissiyası üzvlüyünə namizədliyini irəli sürdüyü Mətin Rəhimlinin adı Milli Məclisin “Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi” haqqında qərar layihəsində yer almayıb.

Qərar layihəsi Milli Məclisin aprelin 27-də keçiriləcək iclasında müzakirəyə çıxarılacaq.

Qərar layihəsinə parlamentdə azlıqda olan partiyalardan Demokratik Maarifçilik Partiyasının namizədi İlkin Şahbazovun adı daxil edilib.

İlkin Şahbazov hazırda MSK üzvüdür.

Beləliklə, qərar layihəsinə əsasən, parlamentdəki azlığın MSK üzvlüyünə namizədləri aşağıdakılardır:  

Böyük Quruluş Partiyası (BQP) - Bəxşeyiş Əsgərov

Ana Vətən Partiyası (AVP) - Etibar Quliyev

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) - Mikayıl Rəhimli

Vətəndaş Həmrəyliyi Partiyası (VHP) - Almas Qəhrəmanlı

Azərbaycan Demokratik İslahatlar Partiyası (ADİP) (Vətəndaş Birliyi Partiyası ilə razılaşdırılıb) - Tofiq Həsənov

Demokratik Maarifçilik Partiyası - İlkin Şahbazov

Parlamentdəki azlığın MSK-da əvəzedici üzvlüyə namizədi isə Niyaməddin Orduxandır.

.