Parisdə Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın təkbətək görüşü olub.
APA-nın məlumatına görə, bu barədə Ermənistan prezidentinin mətbuat katibi Arman Saqatelyan öz "Twitter” səhifəsində yazıb.
Qeyd edək ki, bundan əvvəl prezidentlərin Minsk Qrupunun həmsədrləri İqor Popov, Pyer Andriye və Ceyms Uorlikin iştirakı ilə birgə görüş baş tutub.

***

Parisdə Fransa prezidenti Fransua Ollandla Azərbaycan prezidenti İlham Əliyevin görüşü olub.
Elisey Sarayının rəsmi saytının verdiyi məlumata görə, F. Olland Azərbaycan dövlət başçısını Yelisey Sarayında qarşılayıb.
Azərbaycan prezidenti ilə görüşdən sonra F. Olland Ermənistan prezidenti Serj Sarkisyanla görüşəcək.
Üçtərəfli görüş isə Bakı vaxtı ilə saat 22:00-da baş tutacaq. İki saat davam edəcəyi planlaşdırılan görüşdən sonra rəsmi şam yeməyi olacaq.
Görüşlərdə Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə Sülh Sazişinin əsas müddəaları müzakirə ediləcək.
Qeyd edək ki, bu, 2014-cü il ərzində Azərbaycan və Ermənistan prezidentlərinin üçüncü görüşüdür.
.