Telegram-ın həbsdə olan təsisçisi Pavel Durovun işi ilə bağlı Paris prokurorluğu avqustun 26-da, bazar ertəsi mətbuata açıqlama verməyi planlaşdırır.

APA xəbər verir ki, bu barədə TASS-a Paris prokurorluğundan məlumat verilib.

"Tam mətbuat bəyanatı sabah dərc olunacaq", - agentliyin Durovun saxlanmasının səbəblərini və bu işdəki hazırkı vəziyyətini aydınlaşdırmaqla bağlı sorğusuna belə cavab verilib.

Qeyd edək ki, indiyə kimi Durovun saxlanması ilə bağlı bütün məlumatlar Fransa mediasından gəlir, Fransa hakimiyyəti isə susur.
 

.