"RİA Novosti" agentliyinin verdiyi məlumata görə, Paraqvay hökuməti 1980-cı ildə İsveçrə banklarından götürülən 85 milyon dollar dəyərində krediti geri qaytarmaq fikrində deyil. Bu barədə ictimaiyyətə ölkənin baş prokuroru Roberto Moreno məlumat verib. O, əlavə ediib ki, Paraqvayın borclu olduğu istiqrazlar artıq qüvvədən düşüb.
Roberto Moreno mövzu ilə bağlı açıqlamasında deyib: "Bu, qanunusz, saxta və iyrənc borcdur. Paraqvay hökumətinin mövqeyi dəyişməzdir. Köhnə borclara görə bir dollar belə ödənilməyəcək. Əminliklə deyirəm ki, İsveçrənin ədalət mövqeyi biabırçıdır."
.