Türkiyə səfərindən qayıdan Roma papası Franksis təyyarədə olarkən maraqlı açıqlama verib.
Virtualaz.org xəbər verir ki, Türkiyə-Ermənistan sərhədlərinin açılmasından danışan ruhani lider bunu çox istədiyini deyib.
"Mənim ürəyimdə olan sərhədlərin açılmasıdır. Kaş ki, sərhəd qapıları açılsa. Bu çox yaxşı olar. Mən o bölgədə sərhəd qapısının açılmasını çətinləşdirən geosiyasi problemlərin olduğunu bilirəm. Amma bu xalqlar arasında razılığın olması, sərhədlərin açılması üçün dua edək"- deyə Roma papası bildirib.
.