Fransada üzüm bağlarından məhsulların bir qismi toplanacaq, qalanları isə məhv ediləcək. Bu barədə “The Times” xəbər yayıb.

Məlumata görə, səbəb şampana olan tələbatın kəskin azalmasıdır.

Bildirilir ki, “şardone”, “pino-nuar” və “pino-menye” sortlarının 90 faizini alan istehsalçılar üzümçülərdən hektar başına cəmi səkkiz ton məhsul istəyiblər.

Bu, ötən illə müqayisədə 22 faiz azdır. Nəticədə məhsulun qalan 1/5-i məhv olacaq.

O da vurğulanıb ki, məşhur şampan brendlərinin məxsus olduğu LVMH şirkətinin satışı pandemiya ilə əlaqədar 30 faiz azalıb.

.