İnvestisiya Holdinqi portfelindә dividend ödәmә qabiliyyәtli dövlət şirkәtlәrin sayının 2020-ci ildәn etibarәn 4-dәn 8-ә yüksәlmәsi barәdә mәlumat edib. Bununla belə, dövlət büdcәsinә 2021-ci vә 2022-ci illәrdә yalnız 2 dövlәt şirkәti, 2023-cü ildә isә yalnız 1 dövlәt şirkәti tәrәfindәn dividend şәklindә vәsait köçürülüb.

Bu barədə Hesabala Palatasından bildirilib.

Palata qeyd edib ki, eyni zamanda portfel şirkәtlәri tәrәfindәn әvәzsiz әsaslarla dövlәt büdcәsindәn müxtәlif tәyinatlar (o cümlәdәn, subsidiya, әsaslı vәsait qoyuluşu vә s.) üzrә әldә edilmiş vәsaitlәrin hәcmi 2021-2023-cü illәr әrzindә 2 dәfәyә yaxın artıb. Belə ki, 2021- ci ildәki 762,6 mln. manatdan 2023-cü ildә 1,5 mlrd. manata yüksəlib. Bu da dividend ödәmә qabiliyyәtinin artması ilә әlaqәdar dövlәt büdcәsinә töhvә verilmәmәsi ilә yanaşı, portfel şirkәtlәrin әmәliyyat vә ya investisiya fәaliyyәtindә dövlәt büdcәsinin vәsaitlәrindәn asılılıq sәviyyәsinin nә dәrәcәdә yüksәk olduğunu göstәrir.

.