Fevralın 7-də növbədənkənar prezident seçkiləri ilə əlaqədar ölkəmizin Pakistandakı Səfirliyində də səsvermə keçirilir.

Yenizaman AZƏRTAC-a istinadən xəbər verir ki, Pakistanda yaşayan və ya uzunmüddətli xarici ezamiyyətdə olan Azərbaycan vətəndaşlarının Seçki Məcəlləsinə uyğun olaraq səsvermə hüququnun təminatı üçün səfirlikdə 16 saylı Yasamal II seçki dairəsi üzrə 54 saylı məntəqə seçki komissiyası yaradılıb.

Səfirlikdə yaradılan məntəqədə bu ölkədə yaşayan vətəndaşlarımızla yanaşı, müxtəlif səbəblərdən həmin gün İslamabadda olacaq səsvermə hüququna malik seçicilər də səs verə biləcəklər.

Qeyd edək ki, Azərbaycanın Pakistandakı Səfirliyində ilk dəfədir, seçki məntəqəsi yaradılıb və səsvermə keçirilir.

.