
Pakistanın Bəlucistan əyalətində silahlılar içərisində 400 nəfərin olduğu sərnişin qatarına atəş açaraq, 100-ə yaxın şəxsi girov götürüb.
Yenizaman-ın “The Eurasian Times” portalına istinadən xəbərinə görə, hadisədən əvvəl atışma nəticəsində təhlükəsizlik qüvvələrinin 6 nəfər əməkdaşı öldürülüb.
Girovların arasında polis əməkdaşlarının da olduğu açıqlanıb.
İlkin məlumata əsasən, qatar Pişəvər şəhərinə hərəkət edirmiş.
.