Pakistanda son iki həftədə musson yağışlarının yaratdığı daşqınlar və torpaq sürüşmələri nəticəsində azı 50 nəfər ölüb.

Bu barədə “Dawn” qəzeti Pakistanın Fövqəladə Hallar İdarəsindəki mənbələrə istinadən məlumat yayıb.

“İyunun 25-dən bəri ölkə üzrə ən azı 50 nəfər leysan yağışlarının fəsadlarının qurbanı olub, daha 87 nəfər xəsarət alıb. Ən çox ölənlərin sayı Pəncab əyalətində olub. Burada çökmələr və sürüşmələr 20-yə yaxın insanın ölümü ilə nəticələnib”, - mənbələr bildirib.

Bundan əvvəl ölkənin şimal-qərbindəki Hayber-Paxtunxva əyalətinin Şanqla bölgəsində güclü torpaq sürüşməsi nəticəsində 8 yeniyetmə ölüb. Hazırda xilasedicilər dağıntılar altında qalan uşaqların axtarışını davam etdirirlər.

Daşqınlar Pəncabın inzibati mərkəzi olan Lahor şəhərinə ciddi ziyan vurub.

.