Pakistanın şimal-qərb hissəsində son iki gündə daşqın fəlakəti nəticəsində ölənlərin sayı 300 nəfəri ötüb.

Yenizaman “Reuters“ə istinadən xəbər verir ki, bu barədə Pakistan rəsmiləri məlumat verib.

Hazırda xilasetmə və axtarış tədbirlərinin davam etdiyi bildirilib.

İtkin düşənlərin dəqiq sayı məlum deyil.

Məlumata görə, güclü yağışların avqustun 21-ə kimi davam etməsi gözlənilir.

.