Pakistan səfirliyi 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

Bu barədə səfirliyin "Twitter" hesabında paylaşım edilib.

"Qəhrəman Azərbaycan xalqını 8 Noyabr Zəfər Günü münasibətilə səmimi qəlbdən təbrik edirik. "Hərə bir qəhrəman oldu" sözlərinin bariz nümunəsi olan igid şəhidlərin ruhuna dualar oxuyuruq. Zəfərin mübarək, qələbən daim olsun, Azərbaycan!", - deyə paylaşımda qeyd olunub.

.