
"Aldığım məlumata görə, Hindistan Azərbaycandan idxal olunan mallara qadağa qoyub. Bu, çox yanlış bir qərardır".
Bunu keçirdiyi mətbuat konfransında Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Qasim Mohiuddin deyib.
"Belə bir qərar verməkdənsə Hindistan tərəfi bölgədə yaranan gərginliyin aradan qaldırılması üçün təşəbbüskarlıq nümayiş etdirməlidir", - diplomat vurğulayıb.
.