Pakistan polisi ölkənin keçmiş Baş naziri İmran Xana qarşı ittiham irəli sürüb.
BBC xəbər verir ki, polis İmran Xanı dövlət rəsmilərini təhdid edərək ölkənin antiterror aktını pozmaqda günahlandırır.
İmran Xan polis və ədliyyə orqanlarını onun köməkçisinin hakimiyyətə qarşı iğtişaş ittihamı ilə həbs edərək ona işgəncə verməkdə ittiham edib. Belə ki, o, avqustun 20-də çıxışında İslamabadın polis rəisini və bir hakimi həbsdə olan Şahbaz Gillə qarşı pis rəftarda ittiham edərək qınayıb.
Keçmiş baş nazirin yüzlərlə tərəfdarı ona qarşı istintaqın başladılacağı barədə xəbərlər yayıldıqdan sonra onun İslamabaddakı evinin qarşısına toplaşaraq, polis onu saxlamağa cəhd edəcəyi təqdirdə paytaxtı “ələ keçirəcəklərini” bildiriblər.
.
