Pakistan parlamentində qətnamə qəbul edildi - Azərbaycanla bağlı

3,450 oxunub

Pakistan Milli Assambleyasının Xarici Əlaqələr üzrə Daimi Komitəsi Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını pisləyən qətnamə qəbul edib.

AzNews.az Pakistan KİV-inə istinadən xəbər verir ki, qətnamə Komitə üzvlərinin görüşü zamanı qəbul edilib.

Qətnamədə Ermənistan Silahlı Qüvvələri tərəfindən 1992-ci ilin 26 fevralında ermənilərin Xocalıda törətdiyi soyqırımı pislənilib və Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə dəstək ifadə edilib. Sənəddə həmçinin BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının Erməni Silahlı Qüvvələrinin Azərbaycan ərazisindən dərhal çıxarılmasını tələb edən qətnamələrin tez bir zamanda icrası tələb olunub.

Yenizaman.az

.
Təqvim