Bu 30 il ərzində 3900-ə qədər vətəndaşımız itkin düşmüş kimi qeydiyyatdadır.
Bunu Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı Azərbaycanda itkin düşmüş şəxslərin probleminə həsr olunmuş brifinqdə deyib.
"Bunlardan 872 nəfərinin əsir və girov götürüldüyü və ya işğal olunmuş ərazilərdə saxlanılması təkzib olunmaz faktdır", - o əlavə edib.
PA-nın sektor müdiri: Ermənistanın hərbi cinayət törətmiş hərbçilərində kütləvi məzarlıqların koordinatları var
Ermənistanın hərbi cinayət törətmiş hərbçilərində kütləvi məzarlıqların koordinatları var.
Bunu Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı Azərbaycanda itkin düşmüş şəxslərin probleminə həsr olunmuş brifinqdə deyib.
"Lakin təəssüf ki, Ermənistan bu mövzuda da qeyri-konstruktiv addımlar atır, koordinatları Azərbaycan tərəfinə vermir", - o əlavə edib.
Həbib Mikayıllı: Qondarma erməni əsirləri mövzusunda ölkəmizə qarşı haqsız davranışların şahidi olduq
Qondarma erməni əsirləri mövzusunda ölkəmizə qarşı haqsız davranışlar, hətta qəbul olunmuş qətnamələrin şahidi olduq.
Bunu Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı Azərbaycanda itkin düşmüş şəxslərin probleminə həsr olunmuş brifinqdə deyib.
"Amma təəssüf ki, sadaladığımız bu faktlara rəğmən, Ermənistanın addımları pislənilməyib, onlara qarşı hər hansısa addımlar atılmayıb.
Məsələn, Qriqoryan adlı general vardı ki, o açıq şəkildə etiraf edib ki, evində azərbaycanlı əsiri bir ilə yaxın kölə kimi saxlayıb. Amma, dediyimiz kimi, bunların heç biri qınanılmır", - o əlavə edib.
Həbib Mikayıllı: “Bu günə qədər ümumilikdə 10 kütləvi məzarlıq aşkar olunub”
Bu günə qədər ümumilikdə 10 kütləvi məzarlıq aşkar olunub və proses davam etdirilir.
Bunu Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin sektor müdiri Həbib Mikayıllı Azərbaycanda itkin düşmüş şəxslərin probleminə həsr olunmuş brifinqdə deyib.
"Ehtimal olunan qəbir yerlərinin tapılması istiqamətində bizə mina təhlükəsi çox mane olur", o əlavə edib.
Sektor müdiri qalıqların eyniləşdirilməsi məsələsinə də toxunub.
"Qalıqların eyniləşdirilməsi nəticəsində 15 şəxsin taleyi məlum olub. Bu, çox ciddi məsələdir. Bu, bir daha sübut edir ki, Azərbaycanın suverenliyi uğrunda addım atan heç kəs unudulmur".
.