Bu gün səhər saatllarında Bakının mərkəzində özünü yandıran 20 yaşlı qızın bu addımı atmasına səbəb xəyanətlə üzləşməsi olub.
Yenizaman.az xəbər verir ki, şahidlərin ANS PRESS-ə veriyi məlumata görə, Səbail rayonunda baş verən hadisə nəticəsində bədəninin böyük hissəsi yanan Məleykə İntizam qızı Bayramlı hadisə baş verən yerə ağlaya-ağlaya gəlib. "Qız "məni zorladılar, məni zorladılar, Tutun onları" deyə ağlayandan sonra özünə od vurub. Qız yana-yana maşınlara tərəf qaçmağa başlayıb. Dərhal yaxınlıqdakı mühafizə polisinin əməkdaşları öz geyimləri ilə alovu söndürüblər".
Qeyd edək ki, qızın bədəninin 75 faizi yanıb. Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər. Qızın bədənində 3-cü dərəcə yanıqlar var.
Məleykə Bayramlı əslən Lənkəran rayonundandır.
***
Bakının Səbayel rayonunda özünü yandıran qadının şəxsiyyəti müəyyənləşib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli virtualaz.org saytına bildirib ki, özünü yandıran 1993-cü il təvəllüdlü Məleykə Bayramlıdır. Əslən Lənkəran rayonundandır və Bakıda kirayədə yaşayır. M.Bayramlının bədənin 65 faizi yanıb, vəziyyəti ağırdır. O, hazırda xəstəxanın yanıq mərkəzinin reanimasiya şöbəsindədir.
Xəstəxananın yanıq şöbəsindən isə bildirdilər ki, M.Bayramlının vəziyyəti kritikdir və həyatı üçün təhlükə var.
Xatırladaq ki, məlumatra görə, paytaxt Bakıda Mərkəzi Klinikanın yaxınlığında təqribən 40-45 yaşlarında olan qadın özünə od vurub. Yaxınlıqda olan hüquq mühafizəçilərin köməyi ilə söndürülən qadın dərhal 5 saylı xəstəxanaya çatdırılıb.
***
Bu gün paytaxtda daha bir nəfər özünə od vurub. ANS PRESS-in məlumatına görə, hadisə Səbail rayonunda, Mərkəzi Klinikanın yaxınlığında baş verib.
Təqribən 40-45 yaşlarında olan bir qadın ərazidə üzərinə benzin tökərək özünü yandırıb. Yaxınlıqda olan polis əməkdaşlarının səyi ilə söndürülən qadın dərhal 5 saylı xəstəxanaya çatdırılıb. Xəstəxanaya yerləşdirilən qadının vəziyyəti ağır olduğu bildirilir.
Qadının şəxsiyyəti və nə səbəbə özünü yandırması müəyyənləşdirilir.
Xatırladaq ki, ötən gün Bərdədə bir nəfər özünü yandırmışdı. Alpoud kənd sakini Maarif Vəliyev ötən gün axşam saatlarında Bərdə Rayon İcra Hakimiyyətinin binası qarşısında özünə od vurub.
Bir neçə gün öncə isə Yevlaxda 3 övladı olan əlil Nizami Kərimov özünü yandıraraq xəsarət yetirmişdi. O, ünvanlı sosial yardım almaqla bağlı qarşılaşdığı çətinliklərlə bağlı belə addım atdığını demişdi.
.
