
Bir müddət əvvəl "Çalıquşu” serialında Nərimanı, ondan əvvəl isə "Mələk”, "Canım ailəm”, "Gönülçelen”, "Kurtlar Vadisi” kimi seriallarda oynayan aktrisa
Begüm Kütük "Kaderimin yazıldığı gün” layihəsi ilə daha da popularlıq qazanıb.
Ailem.az xəbər verir ki, bu populyarlıqda onunla birlikdə baş rolu paylaşan Özcan Dənizin də payı az deyil. Serialda cütlüyün öpüşdüyü, qucaqlaşdığı hər
səhnə sosial şəbəkələrdə "partlama”ya səbəb olur. Fanatlar aktrisaya "niyə elə qucaqladın, nə çox öpüşdünüz, bəsdir öpdün Özcanı” kimi şərhlər yazır və
onu Dənizə qısqanırlar.
35 yaşlı Begüm Kütüksə artıq 5 ildir ki, Türkiyənin ən məşhur karikaturaçı rəssamı Erdil Yaşaroğlu ilə evlidir və müsahibələrində yeganə duasının "evliliyimiz
ədəbi olsun” olduğunu deyir. O, Fransada "Media və Əlaqələr” üzrə təhsil aldıqdan sonra Türkiyəyə aktrisa olmaq üçün qayıdıb. Teleseriallara çəkilməyə
başlayıb, "Borsh”, "Sarelle”, "Samsung” şirkətlərinin reklam siması olub. Xüsusən "Sarelle” reklam filmi çox bəyənilib. Aktrisa reklamda daima şokolad
yeyən hamilə qadını canlandırır. Çarxın digər bölümlərində həyat yoldaşı, karikaturaçı Erdil Yaşaroğlu da onunla birgə çəkilib.
Kütüklə "Penguen” jurnalının karikaturaçı rəssamı Yaşaroğlu 2010-cu ildə evləniblər. Aktrisa müsahibələrində ərinin onun ürəyini pişiklərlə fəth etdiyini
deyib: "Pişikləri sevdiyimi bilən kimi ilk görüşdə məni tovlamaq üçün hiylə qurub. Görüşə gələndə onun sağında, solunda, qucağında çoxlu pişik olduğunu
gördüm. O dəqiqə "səninlə xoşbəxt ola bilərəm” dedim ürəyimdə. Düzdü, sonradan öyrəndim ki, bu hiyləymiş. Amma tanış olandan sonra o da pişik
saxlamağa həvəs göstərdi. Mərsində "Mələk” serialının çəkilişləri vaxtı bir pişik tapmışdım, İstanbula gətirmişdim. İndi birlikdə baxırıq, 13 yaşındadır
pişiyimiz. Erdillə əla yola gedirlər”.
Aktrisa hələ övladlarının olmamasını gənclikləri ilə izah edir və bu yaşda karyeraya daha çox üstünlük verməyi vacib sayır.
