
Özcan Deniz və Nurgül Yeşilçayın baş rollarda çəkildiyi "İkinci şans" adlı filmin treyleri yayılıb.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, "Asmalı konak" serialından sonra ilk dəfə bir araya gələn iki ulduz filmdə ikinci baharlarına başlayan, ilk evlilikləri uğursuz olan tərəfləri canlandırırlar.
Ö.Denizin həm ssenarisini yazıb, həm də rejissorluq etdiyi film noyabrın 18-də təqdim olunacaq.