"Bakı"nın keçmiş futbolçusu İbrahim Karqbonun adı oyun alqı-satqısında hallanır.
 Yenizaman.az xəbər verir ki, Hollandiya mətbuatında yayılan xəbərlərdə syerra-leoneli futbolçu "Villem II"də forma geyindiyi zaman "Ayaks" və "Feyenord"a qarşı oyunların "satılmasında" yaxından iştirak edib.
"Ayaks"a 0:4, "Feyenord"a isə 0:1 uduzulan oyunların Sinqapurun adı açıqlanmayan bir şirkəti vasitəsiylə "satıldığı" deyilir. Sinqapur şirkətiylə komanda üzvləri arasında vasitəçiliyi isə məhz Karqbonun etdiyi deyilir. Oyun alqı-satqısı nəticəsində tərəflər 1 milyon avrodan artıq qazanıb.
İbrahim özü isə Hollandiya mətbuatına verdiyi açıqlamada ona qarşı olan iddiaların əsassız olduğunu bildirib. Hollandiya Kral Futbol Federasiyası yerli prokurorluğa məsələylə bağlı cinayət işinin açılması üçün müraciət edib.
Qeyd edək ki, İbrahim Karqbo 2010-cu ildə "Bakı"ya məhz "Villem II"dən gəlmişdi. O hazırda Amit Quluzadə ilə birgə Portuqaliyanın I dəstə klubu olan Lissabon "Atletiko"sunda çıxış edir.(Sport7.az)
.