
Rusiya-Azərbaycan sərhədində yerləşən Yaraq-Kazmalyar keçid məntəqəsinin yenidən qurulması bu il ərzində başa çatdırılacaq.
Bu barədə Moskvada keçirilən Beynəlxalq Gömrük Forumunda Rusiya Federasiyası Baş nazirinin müavini Aleksey Overçuk bildirib.
Onun sözlərinə görə, 2022-ci ildən Rusiya-Azərbaycan sərhədində daha bir keçid məntəqəsi - Tahirkənt-Kazmalyar yenidən qurulduqdan sonra Azərbaycanla sərhəddə növbə yaranmayıb.
Overçuk Gürcüstanla sərhəddə yerləşən “Yuxarı Lars” keçid məntəqəsinin yenidən qurulmasının nəticələrini də yüksək qiymətləndirib, bildirib ki, bunun sayəsində sərhəddən keçid qabiliyyəti əhəmiyyətli dərəcədə artıb.
.