“Heç vaxt Sovet İttifaqının tərkibində olmamış dövlətlər də Avrasiya İqtisadi İttifaqına (Aİİ) qoşula biləcəklər”.

Bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Nur-Sultanda keçirilən "Qazaxıstan və Rusiya. Aİİ çərçivəsində əməkdaşlığın aktual istiqamətləri" adlı konfransda bildirib.

Onun sözlərinə görə, Rusiya heç kəsi heç nəyə məcbur etmir və Aİİ yenidən sovetləşməni və SSRİ-nin bərpasını nəzərdə tutmur.

Overçuk izah edib ki, Aİİ inteqrasiya birliyidir və onun əsas məqsədi Avrasiyada üzvlərinin müstəqilliyinə hörmət əsasında ahəngdar iqtisadi əlaqələr yaratmaqdır: “Ona görə də nə vaxtsa SSRİ-nin tərkibində olmamış dövlətlərin Aİİ-yə üzv olacağına təəccüblənmək olmaz”.

.