Avropa ölkələrinin Rusiyanın enerji resurslarından imtina etməsi XXI əsrin ən böyük sirri olaraq qalacaq.

Bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk Avrasiya İqtisadi Forumunda çıxışı zamanı deyib.

"Yəqin ki, XXI əsrin ən böyük sirri Avropanın əsas rəqabət üstünlüyündən - Rusiyanın enerji resurslarına etibarlı çıxışından niyə imtina etdiyi sualı olaraq qalacaq", - deyə Rusiya rəsmisi vurğulayıb.

Overçukun fikrincə, Avropa ölkələrinin Rusiyadan enerji tədarükündən imtina etməsi qitənin sənayesizləşdirilməsi erasının başlaması deməkdir.

.