Bu gün səhər saatlarında Lənkəran rayonunun Ləj kəndi ərazisində kişi meyiti tapılıb.

Yenizaman.az APA-ya istinadla xəbər verir ki, onun Ləj kənd sakini, 46 yaşlı Sərxan Əliyev olduğu müəyyən edilib.

Məlumata görə, Sərxan Əliyev dekabrın 31-də səhər saatlarında ov etmək məqsədilə meşəyə gedib və evə qayıtmayıb. 

Meyitin müayinəsi zamanı hər hansı zorakılıq əlamətləri və ya güllə izi aşkarlanmayıb. İlkin ehtimallara görə, mərhum ürəktutmadan ölüb.

Sərxan Əliyevin ölümünün dəqiq səbəbləri Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran Rayon şöbəsinin həkim-ekspertlərinin çıxaracağı yekun rəydən sonra məlum olacaq.
.