Cənab Prezident İlham Əliyev, bir daha ölkənizin ərazi bütövlüyünün bərpasında tarixi rolunuzu və azərbaycanlı ailələrin torpaqlarına qayıtmasını qeyd etmək istəyirəm.
Bunu Azərbaycan-Özbəkistan Ali Dövlətlərarası Şuranın birinci iclasında Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev bildirib.
Şavkat Mirziyoyev deyib ki, bu gün Qarabağ çiçəklənən regiona çevrilir: “Mən Şuşanı, Füzulini gözümlə gördüm. Böyük sosial, iqtisadi və infrastruktur layihələr həyata keçirilir”.
.