2024-cü il ərzində Azərbaycanda informasiya və rabitə sahəsində fəaliyyət göstərən müəssisələr tərəfindən əvvəlki illə müqayisədə göstərilmiş xidmətlərin dəyəri real ifadədə 11,4% artaraq 3601,7 milyon manat təşkil edib.
Yenizaman Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, onun da 71,2 faizi əhali tərəfindən istehlak olunub.
Qeyd edək ki, xidmətlərdən əldə edilən gəlirin 34,3 faizi və ya 1 milyard 235 milyon manatı mobil telefon rabitəsi sahəsində formalaşıb.
.