Ötən il Azərbaycan Dövlət Neft Fondu (ARDNF) Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun işlənməsindən 6 milyard 158,5 milyon ABŞ dolları məbləğində gəlir əldə edib.

Bu barədə  Fonddan məlumat verilib.

Bu, 2023-cü ilin göstəricisi ilə müqayisədə 740,7 milyon ABŞ dolları və yaxud 10,73 % azdır.

2023-cü ildə ARDNF yataqlar blokunun işlənməsindən 6 milyard 899,2 milyon ABŞ dolları məbləğində gəlir əldə edib.

AÇG Azərbaycanın ən böyük neft yatağı blokudur. Yataqlar blokunun işlənməsi üzrə hasilat bölgüsünə dair ilk müqavilə 1994-cü ilin 20 sentyabr tarixində imzalanıb. 2017-ci ilin 14 sentyabr tarixində isə həmin yataqların birgə istismarına və hasilatın pay bölgüsünə dair yeni saziş imzalanıb. Bu saziş yataqların 2049-cu ilin sonunadək işlənməsini nəzərdə tutur.

AÇG-də BP (30,37 %), SOCAR (31,655 %), “MOL Group” (9,57 %) INPEX (9,31 %), “ExxonMobil” (6,79 %), TPAO (5,73 %), ITOCHU (3,65 %), “ONGC Videsh Limited” (OVL) (2,925 %) pay sahibidir.

.