Vətəndaşların bank kartlarından oğurluqlar davam edir.

Bu barədə  Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır:

"Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar".

Bildirilib ki, mayın 6-da ayrı-ayrı vətəndaşların müxtəlif kiber üsulla 3400, 2500, 2000, 1500, 1302, 999, 840, 490, 285, 161, 30, 16, 5 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

DİN bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edir:

Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var".

.