Azərbaycan və Ermənistan arasında sülh sazişinin mətni üzrə danışıqların yekunlaşması Cənubi Qafqaz üçün mühüm mərhələdir.

Bu barədə AK Partiya sözçüsü Ömer Çelik bildirib.

O qeyd edib ki, bundan sonra Azərbaycana qarşı ərazi iddiaları nəzərdə tutan qanunların və ya konstitusiya maddələrinin dəyişdirilməsi Ermənistan üçün də vacib olacaq.

Qeyd edək ki, Azərbaycan və Ermənistan Xarici İşlər Nazirlikləri martın 13-də bəyanat yayaraq, Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığını bildirib.

.