Azərbaycanda insan hüquqlarınıln qorunması dövlət siyasətinin əsas tərkib hissəsidir. Son 18 ildə istər daxili istərsə də xarici siyasətdə əldə edilən uğurlar Azərbaycanın dünya birliyində yerini möhkəmləndirmiş, dövlətimizin beynəlxalq ictimaiyyətə innovativ imicini təqdim etdişdir. Vətən müharibəsi dövründə özünün ən yüksək həddinə çatan xalq-dövlət birliyi daxili ermənipərəst qüvvələri narahat etməyə bilməzdi. Ən acınacaqlısı isə bu qüvvələrin özlərinin arasından konkret “qurban” seçərək ölkəmizdə demokratiyanın inkişafına, görülən işlərə kölgə salmağa çalışmaqla beynəlxalq ermənipərəst təşkilatlardan aldıqları maliyyələrin həcmini artırmaqdır.

Son günlər Rüstəmli ilə bağlı yayılan yazıların Əli Kərimli və onun silahdaşlarının növbəti şousu olduğu aydın görünür. 30 illik münaqişə Azərbaycan dövlətinin tam qələbəsi, zəfəri ilə bitsə də dövlətçiliyimizin inkişafı naminə qarşıda yeni vəzifələrin icrası üçün xalqın hər zaman bir yumruq halında birləşərək özlərini ”siyasi məhbus” adı altında təqdim edən “bazar adamları”nın hərəkətlərinin şəhidlərimizin qanı, qazilərimizin sağlamlığı bahasına əldə etdiyimiz uğurlara kölgə salmasına imkan verməyəcəkdir. Bu, ən azı şəhid ruhu qarşısında hər bir azərbaycanlının mənəvi borcudur.

İlqam Əskərov
YAP Pirallahı rayon təşkilatının əməkdaşı

.