Lukaşenko Prezident İlham Əliyevi təbrik edib

Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Sevindirici haldır ki, Sizin iyirmi il bundan əvvəl müdrikcəsinə söylədiyiniz “Mən Azərbaycanın xoşbəxt gələcəyinə inanıram” sözləriniz gerçəyə çevrildi. Mən bilirəm ki,
Azərbaycan xalqı dövlətin iqtisadi və sosial inkişafına, onun xarici siyasi maraqlarının müdafiəsinə, vətəndaşların rifahının yüksəlməsinə yönəlmiş səylərinizi yüksək
qiymətləndirir.

Qardaş Azərbaycan Sizin bacarıqlı və qətiyyətli rəhbərliyiniz sayəsində regionda və möhkəmlənməkdə olan türk dünyasında getdikcə daha mühüm rol oynayır. Belarusun
da iştirakçısı olduğu Qoşulmama Hərəkatında uğurlu sədrlik Bakıya beynəlxalq nüfuz və dərin hörmət qazandırıb.

Bizim görüşlərimizi həmişə məmnunluqla xatırlayıram. Aramızda dostluq və etimad əsasında yaranmış şəxsi münasibətləri, konstruktiv ünsiyyəti və hər ikimizin sıx
qarşılıqlı faydalı əməkdaşlığa can atmağımızı yüksək dəyərləndirirəm.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, çoxşaxəli və məsul fəaliyyətinizdə yeni uğurlar arzu edirəm".

Emoməli Rəhmon Azərbaycan Prezidentinə məktubu göndərib

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə doğum günü münasibətilə məktub göndərib.

Məktubda deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Sizi doğum gününüz münasibətilə ən xoş arzularla ürəkdən təbrik edirəm.

Dost Azərbaycan Sizin rəhbərliyinizlə tərəqqi və dinamik inkişaf yolunda inamla irəliləyərək sosial-iqtisadi və digər sahələrdə sanballı uğurlar qazanır, beynəlxalq arenada
nüfuzunu artırır.

Tacikistanla Azərbaycan arasında tarixən formalaşmış dostluq, qarşılıqlı hörmət, etimad və anlaşma kimi dəyərlərə əsaslanan əməkdaşlıq münasibətlərinin ardıcıl olaraq
möhkəmlənməsi məsələlərinə Sizin daimi diqqətinizi yüksək qiymətləndirirəm.

Fürsətdən istifadə edib ölkələrimiz arasında ikitərəfli və beynəlxalq gündəliyin aktual məsələlərinə dair sıx birgə işimizi və dövlətlərarası konstruktiv dialoqu davam
etdirməyə daim hazır olduğumuzu təsdiq etmək istərdim.

Əziz dostum, Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, əmin-amanlıq, ali dövləti fəaliyyətinizdə böyük uğurlar, qardaş Azərbaycan xalqına sülh, firavanlıq və tərəqqi arzu
edirəm".

MDB İcraiyyə Komitəsinin sədri Azərbaycan Prezidentini təbrik edib

MDB İcraiyyə Komitəsinin sədri - icraçı katib Sergey Lebedev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

“Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Ali dövləti vəzifənizdə müstəqil və gündən-günə firavanlaşan Azərbaycan naminə səmərəli fəaliyyətiniz ən dərin hörmətə layiqdir.

Sizin rəhbərliyinizlə həyata keçirilən strateji kurs ölkənizin regionda və beynəlxalq arenada nüfuzunun və rolunun daim artmasına yönəlib.

İqtisadi potensialın möhkəmləndirilməsi, əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması həmişə Sizin işinizin əsas prioritetləri olub və prioritetləri olaraq qalmaqdadır.

Fürsətdən istifadə edib Müstəqil Dövlətlər Birliyi məkanında qarşılıqlı tərəfdaşlıq fəaliyyətinin genişləndirilməsi məsələlərində ardıcıl və konstruktiv mövqeyinizə, MDB İcraiyyə Komitəsinin fəaliyyətini daim dəstəklədiyinizə görə Sizə səmimi minnətdarlığımı bildirirəm.

Möhtərəm İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq və çoxşaxəli dövləti fəaliyyətinizdə uğurlar arzu edirəm”.

MDB Parlamentlərarası Assambleya Şurasının Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu göndərib

MDB Parlamentlərarası Assambleya Şurasının Baş katibi Dmitri Kobitski Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleya Şurası adından doğum gününüz münasibətilə səmimi təbriklərimizi qəbul edin.

Çoxillik səmərəli quruculuq fəaliyyətiniz Sizə Azərbaycan xalqının dərin sevgisini qazandırıb. Zəngin dövlətçilik təcrübəniz və yüksək şəxsi keyfiyyətləriniz Sizə respublika vətəndaşlarının həyat səviyyəsini daha da yaxşılaşdırmaq, bütün sahələrdə ölkənin inkişafını təmin etmək və dünya miqyasında onun nüfuzunu yüksəltmək imkanı verir. Azərbaycan Respublikası Sizin müdrik rəhbərliyinizlə sosial-iqtisadi inkişaf yolunda inamla irəliləyir.

Şübhəsiz ki, Sizin müdrik qərarlarınız MDB iştirakçısı olan dövlətlər arasında inteqrasiya proseslərinin dərinləşməsinə, strateji tərəfdaşlığın və dostluq əlaqələrinin möhkəmlənməsinə sanballı töhfə verir.

Möhtərəm İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, əmin-amanlıq və Azərbaycan Respublikasının gələcək inkişafı naminə çoxşaxəli fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirik".

Beynəlxalq Cüdo Federasiyasının prezidenti Azərbaycan dövlət başçısını təbrik edib

Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir:

“Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizə ən xoş arzularımı çatdırmaq istərdim. Eyni zamanda, Azərbaycanın qazandığı bütün uğurlar, o cümlədən idman sahəsində əldə etdiyi nailiyyətlər münasibətilə Sizi təbrik edirəm.

Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar diləyirəm”.

Həştərxan qubernatoru Prezident İlham Əliyevi təbrik edib

Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru İqor Babuşkin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi doğum günü münasibətilə təbrik edib.

Təbrikdə deyilir:

"Möhtərəm İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə dərin ehtiramımı və səmimi təbriklərimi qəbul edin.

Azərbaycan Respublikası Sizin rəhbərliyinizlə sosial-iqtisadi inkişaf yolunda inamla irəliləyir, dünya arenasında beynəlxalq məsələlərdə haqlı olaraq yüksək nüfuz sahibi kimi mühüm rol oynayır.

Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının Həştərxan vilayətinin çoxşaxəli əlaqələrinin möhkəmləndirilməsinə və təkmilləşdirilməsinə hərtərəfli köməyinizə görə Sizə təşəkkür edirəm. Əminəm ki, yaranmış konstruktiv dialoq ikitərəfli qarşılıqlı əlaqələrin bundan sonra da dərinləşməsinə kömək edəcək.

Möhtərəm İlham Heydər oğlu, həyatınızın bu əlamətdar günündə Sizə möhkəm cansağlığı, əmin-amanlıq, Azərbaycan xalqı naminə bütün planlarınızın və təşəbbüslərinizin uğurla həyata keçməsini arzu edirəm".

.