Azərbaycan İpoteka Fondunun (AİF) kredit həcmi ötən il əvvəlki illə müqayisədə 15,8 mln manat və ya 14% azalaraq 97,1 mln manat olub.
AMB-nin məlumatına görə, dekabrda müvəkkil banklar 8,5 mln manat kredit verib, 126,4 mln manat kredit (+45,4%) təkrar maliyyələşdirilib.
2014-cü ildə AİF 40 mln manat istiqraz yerləşdirib və dövlət büdcəsindən sosial ipotekanı maliyyələşdirmək üçün 40 mln manat alıb. Bu il bu məbləğ 50 mln manat olacaq.
AİF 2005-ci ildə yaradılıb.
Kommersiya ipotekası 28 müvəkkil bank vasitəsi ilə verilir. İpoteka kreditləri Azərbaycan vətəndaşlarına, 50 min manata qədər, 25 ilədək müddətə, illik 8%-dən çox olmamaqla verilir.
Güzəştli kreditlər 50 min manatadək, 30 ilə qədər müddətə, illik 4%-dək dərəcə ilə verilir. .