Bu ilin yanvar ayında paytaxtda 89 yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib ki, qəzalar nəticəsində 17 nəfər ölüb, 141 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə hadisələrin sayı 5, xəsarət alanların sayı 24 fakt artsa da, ölüm halları 10 fakt azalıb.
Hadisələr əsasən sürət həddinin aşılması, piyadaların vurulması, ötmə və manevretmə, yol ayrıclarını keçmə qaydalarının pozulması ilə bağlı olub. Sürücü və piyadaları diqqətli olmağa və yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağıran Əsədov deyib ki, paytaxtda yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən tədbirlər çərçivəsində yol polisi əməkdaşları tərəfindən 49110 inzibati protokol tərtib edilib. /AzərTac/
.