
Antalya Qızıl Portağal Film Festivalına ziyafət libasları damğa vuran Nəsrin Cavadzadə şok açıqlama verib.
Yenizaman.az Publika.az-a istinadla xəbər verir ki, azərbaycanlı aktrisa Türkiyə mətbuatına verdiyi açıqlamada Antalya Qızıl Portağal Film Festivalına geyindiyi libası haqqında fikirlərini bildirib: "Möhtəşəm paltarlar idi, amma onu geyinmək üçün başqa bir əda lazımdır".
Cavadzadə jurnalistlərin "Almadığınız mükafat qalmadı, "Oskar” da olacaq?" sualına isə "Oskar mənim taleyimdir" deyərək iddialı cavab verib.