Xaricdə yaşayan blogerlər Tural Sadıqlı, Elşad Məmmədov, Süleyman Süleymanlı, Qurban Məmmədov, Orxan Ağayev, Rəfael Piriyev və Orduxan Teymurxanın barələrində olan cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Hüseynlinin sədrliyi ilə prosesdə qiyabi hökm oxunub.
Hökmə əsasən, Qurban Məmmədov 14 il, Elşad Məmmədov, Süleyman Süleymanlı, Orxan Ağayev, Rəfael Piriyev və Orduxan Teymurxan hər biri 9 il müddətinə azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə), 214-2,-ci ( Terrorçuluğa açıq çağırışlar), 220.2-ci (Kütləvi iğtişaş, Hakimiyyət nümayəndəsinin qanuni tələblərinə fəal şəkildə tabe olmamağa və kütləvi iğtişaşlara, habelə vətəndaşlara qarşı zorakılıq etməyə çağırışlar etmə), 281.2-ci ( Silahlı qiyam, Eyni əməllər təkrar və ya bir qrup şəxs tərəfindən törədildikdə), 320.1 -ci (Rəsmi sənədi saxtalaşdırma) maddələri ilə ittiham olunurlar. Onlar ölkə xaricində olduqlarına görə barələrində məhkəmə qərarı ilə qiyabi həbs qətimkan tədbiri seçilib.
Zərərçəkən qismində Xəqani Xəlilov tanınıb.
.
