Macarıstanın Baş naziri Viktor Orban ABŞ Prezidenti Donald Trampın tələbinə açıq şəkildə qarşı çıxaraq, Rusiya enerji daşıyıcılarının alışlarını dayandırmaqdan imtina edib.

Orban bu barədə dövlət radiosuna müsahibəsində bildirib.

Baş nazir qeyd edib ki, Macarıstan dənizə çıxışı olmayan ölkədir və Rusiyadan boru kəmərləri ilə gələn neft və qazdan imtina etmək ölkə iqtisadiyyatını məhv edər.

Qeyd edək ki, Orban bu açıqlamanı Tramp ilə telefon danışığından sonra verib. Sözügedən telefon danışığı Trampın Ukrayna Prezidenti Volodimir Zelenski ilə brifinqdə Orbandan Rusiya nefti alışını azaltmağı istəyə biləcəyini deməsindən sonra baş tutub.

.