Macarstanda keçirilən parlament seçkilərində ilkin nəticələr məlum olub

“RİA Novosti“ xəbər verir ki, baş nazir Viktor Orban hakim partiyanın seçkilərdə qalib gəldiyini elan edib.

Hakim Xristian Demokratik Xalq Partiyası 67,34% səslə öndədir. Müxalif Peter Marki-Zajın rəhbərlik etdiyi partiya isə 29,15% səs toplayıb.

Əgər aradakı fərq bu cür olarsa hakim partiya parlamentdə 134 nəfərlə, rəqibləri isə 56 yerlə təmsil olunacaq.

.