Budapeştə verilən enerji təhlükəsizliyi təminatları yerinə yetirilməsə, Macarıstan Ukraynanın Avropaya inteqrasiyasını bloklaya bilər.

Bunu Macarıstan Baş nazirinin siyasi müşaviri Balaj Orban “Kossuth” radiosuna müsahibəsində deyib.

“Əgər Ukrayna Aİ-yə üzv olan bəzi dövlətlərin enerji təhlükəsizliyi ilə bağlı maraqlarını pozmağa hazırlaşırsa, o zaman hesab edirəm ki, Ukraynanın Avropa İttifaqı ilə yaxınlaşması dayandırılmalıdır”, - Orban qed edib.

.