Spiker Oqtay Əsədovla VHP sədri Sabir Rüstəmxanlı arasında mübahisə yaranıb.
Avropa.info-nun məlumatına görə, deputat Sabir Rüstəmxanlı parlamentin plenar iclasında çıxışı zamanı deyib ki, ölkədə bir proses gedir və bu proses Milli Məclisdən yan keçə bilməz. Deputatlarda bu cəmiyyətinm bir hissəsidir. Mənim demək istədiyim ayrı bir məsələ var. Bu da deputat statusu ilə bağlıdır. Deputat statusu təlcə maaşdan ibarət deyil. Deputatın həmdə mənəvi məsələdir. Biz bu institutun nüfuzunun qalxması üçün əlimizdən gələni etməliyik. Son illər müşahidə etdiyim bir sıra məqamlara münasibət bildirmək istəyirəm.Deputatların hörməti onların gördüyü işlərlə bağlı deyil, həmdə vətəndaşların ona müraciəti, bunun nə ilə nəticələnməsindədir. Deputatın icra imkanı yoxdur, o, ancaq bu ahqda icra orqanlarına müraciət edə bilir. Fikrimcə, icra orqanları bu məsələləri diqqətə almalıdır ki, deputatın rolu artsın. Mən bilmirəm ki, bu mexanizm necə olmalıdır. Biz burada onlarla təkliflər veririk. Bəs bu təkliflər hara gedir. Hələ bir dövlət qurumu görməmişəm ki, bizə məktub yazaraq bildirsin ki, Milli Məclisdə qaldırdığınız məsələni həll etdik.
İkinci məsələ kimi deyim ki, son illər Bakıda mühüm beynəlxalq tədbirlər keçirilir. Onlardan biri də humanitar forumdur. Mən bütün ömrümü bu sahəyə həsr etmişəm. Mən özümü Azərbaycanın humanitar sahəsinə təsir edən insanlardan hesab edirəm. Amma belə adamlardan birinidə tədbirdə görmürəm. Milli Məclisin deputatlarının müəyyən hissəsi ora dəvət edilir, amma humanitar sahə ilə işləyənlər yox. Məncə, burada ölçü-biçi olmalıdır. Mən bunu mədəniyyət tədbirləri ilə bağlı deyə bilərəm. Yubileylər və tədbirlər təşkil edilir, amma bu sahəni bilən deputatlar orada olmur. Mən deputatam amma bura gələn şəsi qəbul etmək, içəri buraxmaq üçün komitə sədrindən icazə almalıyam. Mən uanıma gələn adamı özüm qəbul etməliyəm. Bütün xarici ölkələrdə deputatın qəbul otağı var. Mənim hüququm olmalıdır ki, yanına gəldiyi şəxsi özü qəbul etsin. Nazirlər Kabinetinin buraxdığı telefon kitabçası var. Söhbət rəsmi orqanların telefon kitabçasından gedir. Bu gizli bir sənəd deyil ki.Milli Məclisin də kitabçaları verilir. Bu kiməsə gülməli gələ bilər və mənim də bu kitabçalara ehtiyacım yoxdur. Amma hesab edirəm ki, bu xırda şeylər üst-üstə gələndə təəssürat yaranır. Hesab edirəm ki, fikirlərim süngü ilə qarşılanmayacaq”.
Spiker Oqtay Əsədov isə bildirib ki, əhali üçün ən əlçatan elə Milli Məclis və deputatlardır: "Diqqətlə fikir verəndə bunu görmək olur. Son 7 ildə artım cəmi 15 % olub və bunu şişirtmək lazım deyil. Həmdə deputat hörmətini özünü qazanır. Amma bəzən biz özümüz-özümüzə diqqət vermədən lazımsız ifadələr işlədir və özümüz-özümüzü hörmətdən salırıq. Biz özümüz bir-birimizin hörmətini qaldırmalıyıq. Mən çox danışmaq istəmirəm, yəqin ki, məni çoxları başa düşdü. Ay kitabça yoxdur. Hamıya telefon verilir. Pis çıxmasın, 4 deputat bir hökumət telefonu ilə işləyirdi. İndi vəziyyət tam fərqlidir. Biz özümüzü yazıq səviyyəsinə çatdırırıq. Olmaz belə. Qanun layihəsinə münasibət bildirin”.
.