Moskvada Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin və Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov arasında görüş keçirilib.

Dövlət Dumasında keçirilən görüşdə iki ölkə arasındakı münasibətlər, parlamentlərarası əlaqələrin inkişafı müzakirə edilib.

Dövlət Dumasında Rusiya və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyinə həsr olunmuş sərginin açılışı olub.

Sərginin təntənəli açılışında Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov və Rusiya Dövlət Dumasının spikeri Vyaçeslav Volodin iştirak ediblər.

Ekspozisiyaya Azərbaycanın maddi və qeyri-maddi irsi - xalçalar, musiqi alətləri, ənənəvi naxış elementləri və s. daxildir.

Stendlər və interaktiv monitorlar Azərbaycanın və Rusiyanın zəngin tarixini əks etdirir.


azerbaycan rusiya diplomatik elaqelerinin 25 illiyine hesr edilmis serginin resmi acilisi kecirilib






.