Koronavirusun Omicron ştammının yayılma təhlükəsi ilə bağlı məsələ COVID-19 pandemiyasına qarşı mübarizə üzrə Operativ Qərargahın bu gün keçirilmiş genişləndirilmiş iclasında müzakirə olunub.
Baş nazir, Operativ Qərargahın rəhbəri Əli Əsədovun sədrliyi ilə keçirilmiş iclasda Omicron ştammı və ona qarşı profilaktik tədbirlər müzakirə olunub, müvafiq hazırlıq işlərinə dair tapşırıqlar verilib.
COVID-19-a qarşı peyvənd olunma, əks göstəriş və sağalaraq immunitetə malik olmaya dair sertifikatlar təsdiqlənib
Nazirlər Kabineti “COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı, peyvəndləməyə əks göstərişi, neqativ PZR test nəticəsini əks etdirən və COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikatların tanınması ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” qərar verib.
Qərara əsasən, “COVID-19 xəstəliyinə qarşı peyvənd olunmanı, peyvəndləməyə əks göstərişi, neqativ PZR test nəticəsini əks etdirən və COVID-19 xəstəliyinə yoluxmuş şəxslərin sağalaraq immunitetə malik olmalarını təsdiq edən sertifikatların tanınması Qaydası” təsdiqlənib.
Eyni zamanda “Peyvənd Sertifikatı”, “Əks-göstəriş Sertifikatı”nın forması”, “COVID-19-RT-PZR Analiz Nəticəsi Sertifikatı”nın forması” və “İmmunitet Sertifikatı”nın forması” təsdiqlənib.
Yeni il şənlikləri zamanı xüsusi karantin rejiminin qaydalarına nəzarət gücləndiriləcək
Yeni il şənlikləri zamanı xüsusi karantin rejiminin qaydalarına əməl edilməsinə nəzarətin gücləndirilməsi ilə bağlı tapşırıq verilib.
Bu barədə baş nazir Əli Əsədov Covid-19 pandemiyasına qarşı mübarizə üzrə Operativ Qərargahın genişləndirilmiş iclasında deyib.
Yeni il şənlikləri zamanı xüsusi karantin rejiminin qaydalarına əməl edilməsinə nəzarətin gücləndirilməsinin məqsədəuyğun olduğu vurğulanıb.
.