Bu gün Azərbaycan prezidenti İlham Əliyev Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) baş katibi Məhəmməd Barkindo ilə görüşüb.

OPEC-in baş katibi Məhəmməd Barkindo Azərbaycan prezidenti ilə görüşündən məmnunluğunu ifadə edib.

Prezident İlham Əliyev Məhəmməd Barkindo ilə Davosda görüşünü məmnunluqla xatırlayaraq qeyd edib ki, OPEC-in baş katibinin dünyada ilk dəfə neftin hasil olunduğu Azərbaycana səfəri böyük önəm daşıyır. M. Barkindo da Azərbaycanın neft sənayesinin beşiyi olduğunu vurğulayıb, hər bir neftçinin gəlib öz gözləri ilə Bakını görməli olduğunu söyləyib.
.