Bu ilin üçüncü rübündə Azərbaycanda ortalama gündəlik neft hasilatı 486 min barel səviyyəsində olub, bu da ikinci rübün göstəricisi ilə müqayisədə 11 min barel çoxdur.
Bu barədə Yenizaman Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatına istinadən xəbər verir.
Hesabata əsasən, bu ilin ikinci rübündə Azərbaycanda ortalama gündəlik neft hasilatı 475 min barel, birinci rübündə isə 477 min barel təşkil edib.
Bildirilir ki, qeyd olunan göstərici cari ilin iyul ayında 487 min barel, avqust ayında – 482 min barel, sentyabr ayında isə 488 min barel təşkil edib.
Qeyd edək ki, “OPEC+” (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) ölkələri nazirlərinin 36-cı iclasında əldə edilmiş razılaşmaya görə, 2024-cü il üçün Azərbaycanın hasilat kvotası gündəlik 551 min barrel (74 259 ton) təşkil edir.
Beləliklə, Azərbaycan sentyabr ayında "OPEC+" çərçivəsində kvotasından 63 min barel geridə qalıb, lakin avqust ayı ilə çüqayisədə 6 min barel artırıb.
.